Dünyaİran

“İsrail SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıb”- “The New York Times”

“The New York Times” kəşfiyyat mənbəsinə istinadən yazıb ki, İsrail Amerikaya İnqilab Keşikçiləri Korpusunun (SEPAH) zabiti Həsən Səyyad Xudayinin öldürülməsində rolunun olduğunu bildirib.

Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri, bunun 840-cı bölmə kimi tanınan Qüds Qüvvələrinin gizli qruplaşmasının əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər.

“İsraillilər Amerikaya bildiriblər ki, polkovnik Xudayi Yaxın Şərqdə və qonşu ölkələrdə 840-cı əməliyyat bölməsinə rəhbərlik edib.

O, son iki ildə Kolumbiya, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə israillilərə, avropalılara, Amerika vətəndaşlarına və rəsmilərinə qarşı terror hücumlarında iştirak edib”-deyə, məlumatda bildirilib.

Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.

Related Articles

Bir cavab yazın

Back to top button