İran

İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

Mayın 20-i yerli vaxtla gecə saat 23.00 radələrində İsrail ordusu Suriyada yerləşən İran hərbi bazalarına raket zərbələri endirib.

Suriyanın rəsmi dövlət xəbər agentliyi olan “SANA” xəbəri təsdiq edib və hücum zamanı 3 Suriya zabitinin də öldüyünü bildirib.

Bununla yanaşı eyni vaxtda Suriyanın Tartus limanında İrana məxsus “Arzin” adlı neft daşıyan gəminin vurulduğu qeyd olunub.

İran İnqilab Keşikçilərinin nəzarətində olan media orqanları da, xəbəri təsdiqləyib və bunu “Zeynəb” ziyarətgahına raket hücumu kimi qələmə veriblər.

Qeyd edək ki, “Zeynəb” ziyarətgahı ilə İran hərbi bazasının arasında olan məsafə 1 kilometrdən çoxdur və raket hücumunun əsas məqsədinin İran İnqilab Keşikçiləri Korpusunun silahlılarının toplaşdığı yer oldub.

Related Articles

Bir cavab yazın

Back to top button