Bölgəİran

İsrail Suriyanın Həmah bölgəsində İrana bağlı silahlıların mövqelərinə zərbələr endirib

Suriyadakı hadisələrin monitorinq qrupu avqustun 25-də İsrailin Həmah və Tartusda İranın dəstəklədiyi silahlı qruplaşmaların mövqelərinə hava zərbələri endirdiyini açıqlayıb.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, İsrail döyüş təyyarələri Həmah əyalətində Masyafın şərqindəki “Vadi əl-Ayun” bölgəsindəki əraziləri bombalayıb.

Məlumatda silahlı qruplaşmanın bazaları və silah-sursat anbarlarının dağıdıldığı, birr neçə güclü partlayışın baş verdiyi və naməlum sayda silahlının öldüyünü bildirilib.

Suriya və İran mediası da hücumu təsdiqləyib və İsrailin hava hücumuna müdafiə cavabı verildiyini yazsalar da, təfərrüat barədə açıqlama verməyiblər.

Ərəb mediası İsrailin hava zərbələrinin Tartus limanından Livan Hizbullahına göndərilən silah-sursat karvanını hədəf aldığını yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button