Dünya

İsrail və Amerika rəsmiləri arasında telefon danışığı olub

İsrail Amerikanın İran hökuməti ilə atom anlaşmasına qayıtmasının qarşısını almaq üçün çalışmaları davam etdirir. Belə ki, fevriyənin 25-də İsrailin Baş vəziri Benyamin Netanyahu Amerikanın Nümayəndələr Məclisinin rəisi Nensi Pelosi ilə telefonla danışıb. Tərəflər arasında aparılan danışıqların mövzusu açıqlanmayıb. Xəbər qaynaqları isə əsas müzakirə mövzusunun İran olduğunu yazıblar. Bildirək ki, İsrailin Xarici İşlər vəziri Qabi Aşkenazi də tvitter hesabında İran rejiminin atom fəaliyyətlərini artırmasından bəhs edən paylaşım edib. O, İranın Yaxın Şərqdə sabitliyi ciddi şəkildə təhlükəyə atdığını diqqətə çatdırıb. Bu kimi davranışların beynəlxalq camiə üçün böyük problem olduğunu, habelə qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button