AzərbaycanBölgəİran

İsrail XİN nümayəndəsi İranın Azərbaycandakı səfirinin hədəsinə münasibət bildirib

İsrail Xarici İşlər Nazirliyi İranın Azərbaycan Respublikasındakı səfirini Təbrizlə bağlı paylaşım etdiyinə görə hədələməsinə münasibət bildirib.

İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka sosial şəbəkələrdə paylaşım edib.

O, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Dikin Təbrizlə bağlı kitabın fotosunu yaymasına görə etdiyi payıaşımına reaksiya verib.

“İran bir terrorçunun həbsinə görə İsveç vətəndaşlarını qaçırmaqla hədələyir . İranın Azərbaycandakı səfiri kitab oxuduğu üçün səfirimizi təhdid edir. Bu rejim ölkəni və xalqını, o cümlədən Təbrizi ən pis həddə çatdırıb və hamı ilə qarşıdurmalar yaradıb”-deyə, Coşua Zarka yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button