Dünya

İsraildə terror aktı – Ölənlər və yaralılar var

Yerusəlimdə avtomobil bir neçə nəfərin olduğu avtobus dayanacağına çırpılıb.

Bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində altı yaşlı uşaq və 20 yaşlı gənc həlak olub, daha 6 nəfər yaralanıb.

İsrail hakimiyyəti hadisəni terror hücumu kimi qiymətləndirib, sürücü polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Nəşrin məlumatına görə, hücum edən şəxs İsaviyə bölgəsinin 31 yaşlı sakini Hossein Karakadır.

“Terrorçu yerindəcə zərərsizləşdirilib və məhv edilib. Yenə də biz günahsız insanların yaralanmasına səbəb olan ciddi insidentlə, cümə günü günortadan sonra avtobus dayanacağında gözləyən mülki şəxslərə qarşı vəhşicəsinə hücumla üzləşirik”, – İsrailin fövqəladə hallar xidmətinin rəsmisi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button