AzərbaycanDünya

İsraildə Azərbaycan dili tədris olunacaq

İsraildə yaşayan azərbaycanlı yəhudilərin sayı və iki ölkə arasında münasibətlərin daha da genişlənməsi fonunda İsraildə Azərbaycan dili və mədəniyyətinə maraq artmaqdadır.

Bu barədə Yəhudi Media Mərkəzi məlumat yayıb.

Mədəni əlaqələrin dahada inkişaf etdirilməsi məqsədilə İsrailin “Bar-İlan” Universitetində Azərbaycan dilinin tədris olunacağı bildirilir.

Bir müddət əvvəl isə İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində “Ana dili – Azərbaycan məktəbi” layihəsi ilə əlaqədar olaraq tədbir keçirilib.

Qeyd edək ki, bu və bu qəbildən olan, xalqların mədəni yaxınlaşmasına hesablanan işlər İranın dövlət mediası tərəfindən qısqanclıq və tənqidlərlə qarşılanır.

Bu tənqidlər Ermənistanda fars dilinin tədrisinin genişləndirilməsi və İranda erməni dilinin inkişafı ilə bağlı Tehran-İrəvan arasında yeni müqavilələrin bağlanması fonunda edilir.

Related Articles

Bir cavab yazın

Back to top button