azDünya

İsrailin Baş Naziri: “Nüvə razılaşmasına qayıtmaq yolverilməzdir”

İsrailin Baş vəziri Benyamin Netanyahu bildirib ki, atom razılaşmasına dönmək bölgə ölkələrini silah yarışına sövq edə bilər. Onun sözlərinə görə, atom anlaşmasına qayıtmaq yolverilməzdir. Bundan başqa, İsrailin baş vəziri Amerikanın İrana qarşı basqı siyasətini yüksək qiymətləndirib. O, bu gedişat və siyasətin davam etdirilməsinin vacibliyini vurğulayıb. Netanyahu bildirib ki, Amerika bu üsulla İranın bölgədə barış və sabitliyi pozmasına mane olur. Bu da İranın terror hücumlarının davam etməsinə imkan vermir.
“Amerikanın Xəzinədarlıq Vəzirliyi İran rejiminə qarşı təhrimlərin icra edilməsində önəmli rol oynayıb”, – deyə vəzir diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button