Dünya

İsrailin hərbi təyyarələri Həmasa zərbələr endirib

İsrail ordusu “terorçuların” əraziyə bir neçə alışan balon göndərdiyini bildirib. Məlum olub ki, İsrail nizami təyyarələri hücumlara cavab olaraq Qəzzənin yeraltı təsisatını hədəfə alıblar.Təqribən 6 aydır, Qəzzədən İsrail mərzlərinə hər hansı alışa bilən balon keçə bilmirdi. İsrail ordusunun verdiyi bilgiyə görə, balonların hücumu nəticəsində İsrailin cənubunda ən az üç yanğın hadisəsi baş verib. İsrailin Difa vəziri Beni Qants, “İsrail öz torpaq bütövlüyünə istənilən təcavüzü və ölkənin cənub sakinlərinə hər hansı xəsarət yetirilməsini qəbul etmir. Teror təşkilatları indiyədək dərk etməyiblərsə bilsinlər ki, İsraili sınayan hər kəsə ağır zərbə vurulacaq”, – deyə bildirib.
Həmas isə buna cavab olaraq deyib: “İsrail öz daxili böhranlarını Qəzzəyə sadir edir”. Bildirək ki, bu son həftədə HƏMAS-la İsrail arasında baş verən sayca ikinci qarşıdurmadır. Bazar günü İsrail, Həmas qrupunun raket hücumuna cavab olaraq Həmasın Qəzzədəki mövqelərini vurub.

Related Articles

Bir cavab yazın

Back to top button