Dünyaİran

İsrailin, İran atom proqramına hücum planları

İsrail: İranın atom proqramına hücum planlarını sürətləndiririk

İsrail ordusunun fərmandehi ölkəsinin İranın atom təsisatlarına hücum hazırlıqlarını sürətləndirəcəyini söyləyib.

İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi İranın bölgəsəl nüfuzunun qarşısının alınmasının önəmindən eləcə də ölkəsinin İran İslam Cumhuriyyətinə qarşı olası hücumundan danışıb.

O, mətbuata açıqlamasında deyib ki, İrana qarşı hücumla bağlı qərar verilərsə, İsrail ordusunun bu ölkəyə hücüm etmək üçün müxtəlif planları hazırdır.

“Bizim İrana hücum üçün fərqli planlarımız var. Hazırda isə İsrail ordusunun “Savaşlar arasında savaş” stratejisi çərçivəsində Orta Şərqdə, o cümlədən də Suriyada İrana bağlı qüvvələrə qarşı nizami əməliyyatları davam edir.

Nizami əməliyyatların keçirilməsində hədəf isə çeşidlidir. Ancaq ən önəmli hədəfimiz İranın Orta Şərqdə, o cümlədən də Suriyada ilə başqa-başqa yerlərdə nüfuzunun qarşısını almaq, azaltmaqdır.

İsrail ordusunun isə Orta Şərqdə həyata keçirdiyi nizami əməliyyatlar, İranın dəstəklədiyi “Həmas” la “Hizbullah” kimi teror qruplarına şamil edilir.

Hesab edirəm ki, gələn il, İsrail ordusunun İranla qarşıdurmanın bir çox alanlarında fəallığını nəzərə alaraq, çətin bir il olacaq”, -deyə İsrail  Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button