Dünya

İsrailin Suriyaya vurduğu raket zərbəsi nəticəsində İrana bağlı beş yaraqlı öldürüldü

Britaniyada yerləşən Suriya İnsan Haqları Mərkəzi, İsrailin Suriyanın Hələb əyalətindəki mövqelərinə endirdiyi raket zərbələri nəticəsində İrana bağlı beş yaraqlının öldürülyünü bildirib.

Bu hücumlar 19 juiyyə, bazar ertəsi günü axşam baş verib və Suriyanın “Sanaa” dövlət xəbər ajansı da İsrail raketlərinin Hələbin əyalətinin quzeyini hədəf aldığını xəbər verib.

Suriya nizami qaynaqlarının “Sanaa”ya verdiyi məlumata görə, bazar ertəsi saat 23:37-də İsrail raketləri Hələbin quzeyindəki əs-Səfirə bölgəsindəki nizami mövqeləri vurub.

Fransanın “AFP” xəbər ajansı, Suriya İnsan Haqları Mərkəzinə istinadla son hücumlarda İranın dəstəklədiyi beş yaraqlının öldürülyünü və bir silah anbarının da məhv edildiyini bildirib.

Məlumata görə, İsrail ordusu elan edib ki, keçən il Suriyadakı 50 hədəfə hücum edib və İranın İsrail sınırları yaxınlığında nizami payqah və silahlı qruplar yaratmasına heç vaxt icazə verməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button