Dünyaİran

İsrailin xarici işlər naziri: İran bir nüvə təhdididir

Yunanıstanda rəsmi səfərdə olan İsrailin xarici işlər vəziri Yari Lapid İranı nüvə təhdidi adlandırıb.

“Aznews tv”xəbər verir ki, o, rəsmi Tehranın “Hizbullah”, “Həmas” və “Fələstin İslami Cihad Təşkilatı”nı dəstəkləməsinə toxunaraq İranın dünyada terrorizmi yaydığını deyib.

Eyni zamanda İsrail ordusunun kəşfiyyat bölümünün sabiq rəisi Amos Yadlin bu ölkənin “Haaretz” qəzetinin İrana hava hücumları təşkil edib-edə bilməmək qüdrəti barədə suallarına cavab verib.

O bildirib ki, geniş miqyaslı müharibə başlatmazdan əvvəl müzakirə, iqtisadi təzyiq, kəşfiyyat-diversiya əməliyyatları və kiber hücumlar kimi bütün yollar sınaqdan keçirilməlidir.

Amos Yadlin əlavə edib ki, İrana hücum əməliyyatlarına start vermək İsrailin son seçimi olmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button