BölgəDünya

İsrailin xarici işlər naziri: “İran Türkiyənin suverenliyini pozur”

İyunun 23-də İsrailin xarici işlər naziri Yair Lapid və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.

“Ölkəmizdə israillilərə qarşı bu cür terror aktlarına icazə verməyəcəyik və lazımi mesajlar artıq göndərilib”-deyə, Mövlud Çavuşoğlu İranın bu ölkədə terror cəhdlərinin qarşısının alındığına işarə edib.

Yair Lapid isə bildirib ki, İsrail və Türkiyə arasında təhlükəsizlik və diplomatik əməkdaşlıq sayəsində İsrail vətəndaşlarının həyatları xilas edilib.

“Bu peşəkar və koordinasiyalı fəaliyyətə görə Türkiyə hökumətinə təşəkkür edirik. Bu terror aktlarının arxasında İran dayanır. Mövcud məlumatlar buna heç bir şübhə yeri qoymur.

Bu, İran terroru tərəfindən Türkiyənin suverenliyinin açıq şəkildə pozulmasıdır. Əminik ki, Türkiyə bu məsələdə iranlılara necə cavab verəcəyini bilir”-deyə, İsrailin xarici işlər naziri qeyd edib.

Mətbuatda yayılan xəbərlərə görə, İsrail İran terrorçularının fəaliyyəti barədə ilk olaraq Türkiyəni məlumatlandırıb.

İsrail qüvvələri də bir sıra İsrail vətəndaşlarını Türkiyənin təhlükəsiz bölgələrinə köçürüb.

Related Articles

Bir cavab yazın

Back to top button