Bölgəİran

İsrail:İranın Suriyadakı hərbi gücünün 90%-ni məhv etdik

“Jerusalem Post” qəzeti İsrailin yüksək rütbəli rəsmilərinə istinadən, İsrailin hücumları nəticəsində İranın Suriyadakı hərbi infrastrukturunun 90%-nin məhv edildiyini bildirib.

Adı açıqlanmayan İsrail rəsmilərinin sözlərinə görə, son illər İsrail ordusu Suriyaya silah ötürülməsi və bu ölkədə silah istehsalı ilə bağlı İslam Respublikasının imkanlarının böyük hissəsini məhv etməyə nail olub.

Bu məlumata görə, İsrailin hücumları İranın Suriyada ona yaxın silahlı birləşmələrin yaradılması üçün hərbi bazalar qurmaq səylərini səmərəsiz edib.

“Jerusalem Post” qəzeti mənbələrinə istinad edərək Qasım Süleymaninin Suriyadakı planlarının iflasa uğramasının səbəbi kimi İsrail ordusunun İslam Respublikasının mövqelərinə hücumlarının davam etməsini qeyd edib.

Keçmiş SEPAH Qüds Qüvvələrinin komandiri 2020-ci ilin 3 yanvarında Bağdad hava limanı yaxınlığında Amerikanın hücumu nəticəsində öldürülüb.

Qəzet daha sonra əlavə edir ki, İsrailin hücumları İslam Respublikasının Suriyaya dəniz, hava və quru yollarla silah qaçaqmalçılığının ciddi ziyan vurub.

İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu hücumlar nəticəsində Suriya ordusunun silah və sursat istehsal etmək imkanları xeyli məhdudlaşıb. Buna səbəb İslam Respublikası və Hizbullahın öz silahlarını istehsal etmək üçün Suriya avadanlıq və zavodlarından istifadə etməsidir.

Sonda “Jerusalem Post” Bəşər Əsədin ölkəsində İslam Respublikası və Hizbullahın fəaliyyətini azaltmaq qərarını açıqlayıb. İsrail mənbələrinin qiymətləndirməsinə əsaslanaraq, Suriya prezidenti ölkəsinin böyük şəhərlərində və sahilyanı ərazilərdə sabitliyi bərpa etməyə çalışmağı özünə prioritet hesab edib.

Suriyada İsrailə aid edilən sonuncu hücum, təxminən bir aylıq nisbi sükutdan sonra oktyabrın 22-də bu ölkə ordusunun Dəməşq hava limanı yaxınlığında hücumu ilə həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button