AzərbaycanDünya

İsrailli nazir: “Güney Azərbaycanın qurulması reallıqdır”

"İranda əhalinin 40%-i azərbaycanlılar təşkil verir və onların çoxu İrandan ayrılaraq Güney Azərbaycan dövlətinin qurulmasını istəyirlər", Bunu İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri Ayob Kara özünün son məqaləsində deyib.

O, İranda güney azərbaycanlıların öz ana dillərində işləyib və təhsil almaq istəklərinə baxmayaraq, davamlı olaraq İran hökuməti tərəfindən təzyiqlərə məruz qaldıqlarını söyləyib.

“Bakı və Tehran arasında münasibətlərin gərginləşməsinin artacağı gözlənilir. Belə bir şərayitdə İran hökuməti öz səhvlərini etiraf etmək əvəzinə ölkədə baş verən etiraz aksiyalarını xarici qüvvələrin, o cümlədən Azərbaycan və İsrailin üzərinə atmaq istəyir.

Bu isə daha bir səhvə yol vermələrinə səbəb olur. Belə olan halda Azərbaycan və İran arasında münasibətlər dahada zəifləyəcək və güney azərbaycanlılar daha çox öz azadlıqlarını əldə etmək üçün mübarizə edəcəklər.

Azərbaycan və İsrail isə təbii olaraq onların öz milli müqəddəratlarını təyin etmə məsələsində dəstəkləyəcək”,- Ayob kara qeyd edib.

O, İranın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi, İranın Qafanda konsulluq açması, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun edilməsini Azərbaycan Respublikasının İsraildə səfirlik açacağını elan etməsindən sonraya təsadüf etdiyini bildirib.

“Azərbaycanın İranla münasibətlərinin korlanması ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyinə hücum və son vaxtlar İran tərəfindən Azərbaycanın hava məkanını pozması bu aysberqin yalnız görünən hissəsidir”,- İsrailin keçmiş naziri qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button