İran

İstanbulda iranlı narkotik qaçaqmalçıları Türkiyə polisi tərəfindən yaxalandı

Türkiyə polisinin həyata keçirdiyi narkotiklərlə mübarizə əməliyyatı nəticəsində İstanbul şəhərində üç İran vətəndaşı olan narkotik qaçaqmalçısı tutulub.

Türkiyə polisinin həyata keçirdiyi narkotiklərlə mübarizə əməliyyatı nəticəsində İstanbul şəhərində üç İran vətəndaşı olan narkotik qaçaqmalçısı tutulub.

“Aznews tv”  xəbər verir ki, saxlanılan narkotik və uyuşdurucu qamaqmalçılarından toplamda 372 kilo 500 qram metamfetamin adlı narkotik maddə aşkarlanaraq götürülüb.

Türkiyə polisi beynəlxalq cinayət şəbəkəsi ilə əlaqəsi olan bu cinayətkar dəstə tərəfindən böyük miqdarda narkotik maddənin satışa çıxarılması barədə məlumat aldıqdan sonra hərəkətə keçib.

Əməliyyat tədbirləri nəticəsində polis İstanbulun Böyükçəkməcə və Bağçalıevlər bölgələrində öncədən təyin edilmiş adreslərdə əməliyyat keçirərək 372 kilo 500 qram narkotik maddəni aşkar edərək götürüb.

Polis tərəfindən tutulan üç İran vətəndaşı məhkəməyə çıxarıldıqdan sonra, onlardan iki nəfər barəsində həbs qərarı verilib, digər bir nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button