Dünya

İstanbuldan Azərbaycan ordusuna dəstək

Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan!”, “Səninləyik Qarabağ!” adı ilə Azərbaycana dəstək aksiyası keçirilir. Belə ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Aksiyada Türkiyənin müxtəlif şəhərlərindən gələn diaspor təmsilçiləri, İstanbul İğdırlılar Dərnəyinin üzvləri, Avropa Azərbaycanlıları Konqrəsinin nümayəndələri iştirak edirlər.
İştirakçılar əllərində Türkiyə və Azərbaycan bayraqları, eləcə də “Səninləyik Azərbaycan!”, “Qarabağa azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” və s. şüarların yer aldığı plakatlarla İstanbulun Etilər yönündə yerləşən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısına doğru hərəkət ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button