
Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.
“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, – nəşr bildirib. Məhkəmədən sonra İsveç hökuməti indi ekstradisiya ilə bağlı qərar verməlidir.
Azvision.az xəbər verir ki, söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişinin taleyindən gedir.
Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.
Qeyd edək ki, qərar NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verilib. Sammit iulun 11-12-də keçiriləcək.