İran

İsveçdə saxlanılan iranlı prokuror koməkçisi azad edilib

2019-cu ildən İsveçdə həbsdə olan keçmiş iranlı prokuror köməkçisi Həmid Nuri sərbəst buraxılıb və yaxın saatlarda İrana qayıdacaq.

Bu barədə İranın Məhkəmə Sisteminin insan hüquqları üzrə katibi Kazım Qəribabadı məlumat yayıb.

Eyni zamanda Omanın rəsmi xəbər agentliyi bu ölkənin vasitəçiliyi ilə İran və İsveç dövlətlərinin məhbusların azad edilərək ekstradisiya edilməsinə razılıq verdiklərini açıqlayıb.

Qeyd edək ki, Həmid Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbusun edam edilməsində rol oynayıb.

O, edam edilənlərin yaxınları və repressiya qurbanlarının şikayəti əsasında 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı həbs edilib və barəsində ömürlük həbs qərarı çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button