Bunu İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında bildirib.
“2020-ci ildə atəşkəs əldə olunub. Tərəflər bu atəşkəsi poza biləcək addımlardan qəti şəkildə çəkinməlidirlər. Avropa Şurası da öz növbəsində tərəflərə sülhün yaranmasına yardım edəcək məsələlərdə dəstək verməyə hazırdır”, – dövlət katibi deyib.
Xatırladaq ki, İtaliya 18 noyabr 2021-ci ildən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir.