
Japon hava məkanını Amerikanın nəzarətinə verməkdən imtina etdi
Bu hökumət Amerikanın “Aegis Ashore” raket əleyhinə müdafiə sisteminin ölkədə yerləşdirilməsinə icazə verməyib. Bu barədə “Jiji Press” informasiya ajansı məlumat yayıb. Raket əleyhinə müdafiə sistemlərinin yerləşdirmə planının dayandırılmasını Japonun Müdafiə Vəziri Taro Kono açıqlayıb. T. Kono hesab edir ki, raket əleyhinə müdafiə sistemləri nizami manovr məntəqəsindən kənarda yerləşən ərazilərdə hadisə risklərini yüksəldir. Qeyd edək ki, Japon hökuməti 2017-ci il desambrın 19-da ölkə ərazisində iki yerüstü “Aegis Ashore” raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması barədə qərar qəbul edib. Bu sistemlərin ölkənin şimal-qərbindəki Akita və cənub-qərbindəki Yamaquçi əyalətlərində yerləşdirilməsi planlaşdırılırdı.