Dünyaİran

Kənani ermənilərin taleyindən nigarandır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında yaranmış gərginliklə bağlı açıqlama verib.

Diplomat bu barədə sentyabrın 11-də yerli və xarici jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında danışıb.

“İran geosiyasətdə və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır. İran hər zaman ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağın və gərginlik yaradan hər hansı tədbirdən qaçmağın vacibliyini vurğulayıb”, – deyə Kənani bildirib.

O, Tehranın hər iki tərəfin rəsmiləri ilə təmasda olduğunu və Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu desə də, ermənilərin taleyindən nigaranlığını ifadə edib:

“Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən və təmin edilməlidir”.

#İran #Azerbaycan #Ermenistan

Related Articles

Bir cavab yazın

Back to top button