Azərbaycan

“Kəndin un problemini siyasiləşdirməyin”- Qoşaçayda etiraz aksiyası keçirilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay mahalının Kosalar kəndinin əhalisi etiraz aksiyası keçirib.

“Kəndin un problemini siyasiləşdirməyin” və digər şüarlar yazılmış plakatlar qaldıran narazılar kəndin yeganə çörək sexinin bağlanmasına etiraz ediblər.

Yerli sosial media fəallarının verdiyi məlumata görə, 1500 nəfərlik kəndin çörək sexi və un kvotasının SEPAH-a bağlı şəxsə verilməsindən sonra müəssisə bağlanıb.

Qeyd edək ki, İbrahim Rəisinin prezident seçilməsindən sonra İranın əksər bölgələrində İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirləri və bu quruma yaxın şəxslərin vəzifələrə təyin olması sürətlənib.

Bir çox əyalətlərə, o cümlədən Şərqi Azərbaycan əyalətinə SEPAH komandirləri vali təyin olunub.

Bununla yanaşı ölkənin sas aparıcı iqtisadi müəssisələri, əhəmiyyətli iqtisadi layihələr “Sepah”ın nəzarətinə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button