Azərbaycan

Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərində bir neçə rəsmi şəxsin saxlanılması barədə məlumat yayılb.

Əcəbşerin prokuroru Məhəmməd Zamani mediaya verdiyi açıqlamada bir neçə hökumət məmurunun saxlanıldığı barədə məlumatı təsdiq edib.

O, saxlanılanların korrupsiya və oğurluqda ittiham olunduğunu deyib.

Prokuror saxlanılanların kimliyi və sayı barədə açıqlama vermədən onların Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şəxslər olduqlarını bildirib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.

Ötən ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

Related Articles

Bir cavab yazın

Back to top button