İranSağlıq & Yaşam

Kərəcdə koronavi̇rusla bağlı bi̇r sıra məhdudi̇yyətlər i̇cra olunur

Koronavirusla Mübarizə üzrə Milli Qərargahın təsmiminə əsasən, şirkətlərin koronavirus vaksini alması və Sağlıq Vəzirliyinin kontrolu altında təyin edilən qiymətə satılması qərara alınıb. Bu barədə Əlbürz Tibb Elmləri Danişqahının Koronavirus Qərargahının sözçüsü bildirib. Mehrdad Babayi Əlbürzdə koronavirusla ilgili son durumundan da söz açıb. Onun sözlərinə görə, Kərəcdə durum narıncı, Taleqanda isə göydən sarıya dəyişib. Əlbürz əyalətinin qalan şəhərlərində isə koronavirusla bağlı durum sarı elan edilib. Danişqah rəsmisi Kərəcdə bir sıra məhdudiyyətlərin icra edildiyini açıqlayıb. Belə ki, 3 və 4-cü qrupa aid iş yerləri bağlanıb. Bundan başqa, yerli olmayan maşınların Kərəcə girişi və yerli maşınların isə buradan çıxışı qadağan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button