İran

Kərim Himməti: “8 helikopterimiz qalxmağa qadir deyil”

İranın Qızıl Aypara Cəmiyyətinin rəisi doktor Kərim Himməti Qızıl Ayparanın anbarlarının durumu və çatışmazlıqları barədə Gənc Jurnalistlər Başqahında sualları cavablandırıb.
“Qızıl Aypara Cəmiyyətinin anbarlarında olan əqlam hansılardır?” sualına cavab olaraq deyib:
“Bütün ustanların Qızıl Aypara anbarlarında onbirli əqlam , o cümlədən pətu , moket və bu kimi əqlam cəmiyyətin yüzdə 2-si üçün olmalıdır. Ona görə də anbarların bu qədər cəmiyyət üçün hazırlığını yüzdə iki səviyyəyə çatdırmalıyıq”.
Doktor Kərim Himməti Payız və Qışda sel sularına qarşı hazırlıq barədə də danışıb. “Qarşıdakı fəsildə, yağıntılar olacaq və ötən ilki kimi müşküllər yarana bilər. Bu ilin Mehr və Aban aylarında Qızıl Aypara anbarlarının hadisə vaxtı hazırlığı yüzdə 50-dən çoxa qaldırılacaq”, – deyə bildirib.
Himməti eləcə deyib ki, arama-qurtarma personelin və qüvvələrinizin hazırlığı yüzdə 100 səviyyədədir. “ 24 helikopterimiz var, 16-sı əməliyyata hazır vəziyyətdədir. Amma 8-i qalxmağa qadir deyil. Bunlar barədə müşküllər yaxın vaxtlarda həll olunacaq. Bu helikopterlər başqa ölkələrin tolididir. Bizə 2 helikopter almağa icazə verilib, amma bunları almaq çətinləşib”, – deyə məlumat verib.
Doktor Himməti təəssüflə bildirib ki, xalqın ancaq yüzdə 10u hazırlıqlıdır. Xalqın hadisələrə qarşı bilikləri artırılmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button