az

Kəskin hava şəraiti Xalxal yollarını iflic edib

Güclü qar səbəbindən bir sıra dağ yolları bağlanıb, Xalxal-Əsalüm yolunda isə hərəkət məhdudlaşıb. Məsələ ilə ilgili Qərbi Azərbaycanın Yola Baxış İdarəsindən məlumat verilib. Bildirilib ki, bölgədə qarın hündürlüyü 40 santimetrdən çoxdur. Əyalətin 51 kəndinin birləşdirici yolları isə tamamilə bağlanıb.
Məlumata görə, Qoşaçay vilayətində idarəetmə çətinləşdiyindən 40 maşın yolda qalıb. Xilasetmə qüvvələri ərazidəki maşınların hərəkətinə imkan yaradıb, habelə 118 sərnişinə yardım göstərilib. Zəngan-Tarım yolu isə buz bağladığından sürüşmənin qarşısını almaq məqsədilə ərazidə hərəkət məhdudlaşdırılıb.
Havaşünaslıq İdarəsindən verilən məlumata görə, bu gün ölkə ərazisində güclü külək əsəcək. Sahilyanı əyalətlərdə havanın temperaturu 5-10 dərəcəyədək enəcək.

Related Articles

Bir cavab yazın

Back to top button