Azərbaycan

Güneyli siyasi məhbus Nərgiz Məhəmmədinin həyatı təhlükədədir

Vəramin şəhərinin Qərçək zindanında saxlanılan Güney azərbaycanlı siyasi məhbus, insan haqları müdafiəçisi Nərgiz Məhəmmədinin həyatı təhlükədədir.

Bu barədə hüquq müdafiəçisinin vəkili Mustafa Nili mediaya verdiyi açıqlamada bildirib.

O, bildirib ki, N.Məhəmmədinin ürəyində cərrahi əməliyyat aparıldıqdan sonra onun istifadəsi üçün yazılan vacib dərmanlar 8 gündürki zindan rəhbərliyi tərəfindən müsadirə edilib və özünə qaytarılmır.

Mustafa Nili deyib ki, bundan öncə əməliyyat üçün tibbi məzuniyyətə buraxılan müvəkkilinin evində qanunsuz axtarış aparmaq istəyən təhlükəsizlik məmurları müqavimətlə qarşılaşdıqları üçün Nərgiz Məhəmmədinin həyatını təhlükəyə atır, ondan qısas almaq istəyirlər.

“Həkimlər yazdıqları dərmanların vaxtında və davamlı istifadə olunmasını təkid ediblər. Dərmanlar Məhəmmədiyə verilmədiyi üçün onun sağlıq durumu günü-gündən pisləşir. O, hal-hazırda yerindən qalxa və tək hərəkət etmək gücündə deyil”-deyə, Mustafa Nili bildirib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button