İran

Kamalvəndi: İranın 25 kiloqram yüzdə 60 zənginləşdirilmiş uranyom ehtiyatı var / Bunu ancaq atom silahı olan ölkələr edə bilər

İranın Atom Enerjisi üzrə Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ölkəsinin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının 25 kiloqram olduğunu deyib.

İranın Atom Enerjisi üzrə Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ölkəsinin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının 25 kiloqram olduğunu deyib.

O, Amerikanın şah dövründə Tehranda fəaliyyət göstərmiş səfirliyinin həyətindəki çıxışı zamanı yalnız atom silahına sahib ölkələrin uranı bu qədər yüksək həddə zənginləşdirməyə qadir olduğunu bildirib.

Kamalvəndinin sözlərinə görə, İran məclisinin yalnız 120 kiloqram həcmində yüzdə 20-lik zənginləşdirilmiş uran depolamaqla bağlı qərarı olub. Buna baxmayaraq, İran atom razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməyi dayandırdıqdan sonra bu miqdarı 210 kiloqrama çatdırıb.

Bildirək ki, uzun müddətdir İsrail başda olmaqla bir neçə ölkə İranın atom bombası əldə etməyə çalışdığını bildirir. Bununla belə, İranla 4+1 ölkələri arasında 2015-ci ildə 5+1 formatında imzalanmış atom razılaşmasının canlandırılması üçün noyabrın 29-dan yenidən müzakirələr başlanacaq.

Related Articles

Bir cavab yazın

Back to top button