Dünya

Kanada kəşfiyyat dərgisi: “Rusiya Ermənistanı silahlandırır”

Kanadanın “Geopolitical Monitor” beynəlxalq kəşfiyyat araşdırmaları dərgisi Rusiyanın Güney Qafqazda mövqelərini gücləndirməsindən və son zamanlar Ermənistanı yeni silahlarla təchiz etməsindən yazır.
Nəşr yazır ki, Rusiyanın Gürcüstana 2008-ci ilin aqustunda müdaxiləsi və Obama dəftərinin bölgəyə marağını azaltması sayəsində Rusiyanın güney Qafqazda təsirləri son 12 ildə artıb. Tramp dəftəri Amerikanın Qafqazdakı təsirlərini gücləndirmək üçün bəzi cəhdlər edib, amma Obamanın vurduğu ziyanı aradan qaldıra bilməyib.
Məqalənin müəllifi-Kanadanın dünya miqyaslı Münasibətlər danişkədəsinin baş elmi əməkdaşı Robert Katlerdir. O, qeyd edir ki, Rusiya 1994-cü ildə atəşkəsin əldə edilməsinin ardınca həm Ermənistanı, həm Azərbaycanı silahlandırmağa başlayıb. Lakin Ermənistana daha çox nizami dəstək verib və öz maraqları naminə nüfuz etmək üçün iki tərəf arasında nizami tarazlığı saxlamağa çalışıb.
2013-cü ildə Rusiya ilə Ermənistan arasında imzalanmış yeni nizami-tekniki əməkdaşlıq müqaviləsi isə Ermənistanın Rusiyadan silahları “daxili bazar qiyməti” ilə almasına yol açır. Eyni zamanda Yerevan Moskonun Bakıya silah satmasından narazılıq ifadə edib, amma buna mane olmayıb. Rusiya rəsmiləri deyiblər ki, belə satışlar bölgədə nizami balansı saxlamaq üçündür.
Məqalədə vurğulanır ki, Mosko Bakıya satmadığı bəzi silah sistemlərini, məsələn, “İsgəndər” raket məcmüəsini Yerevana verir.
Rusiyanın bölgədə güclənməsində mühüm amillərdən biri də Amerika və Avropanın Azərbaycana silah satışına təhrim tətbiq etməsidir. Bunun üçün bəhanə kimi, Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatının münaqişə tərəflərinə silah satmamaq barədə 90-cı illərin əvvəllərindəki xahişi əsas götürülür. Amma Rusiya Minsk Qrupunun həmsədri olaraq lap əvvəldən bu xahişə məhəl qoymayıb. Nəticədə Azərbaycan başqa silah sadiratçılarına müraciət edərək qabaqcıl nizami sistemləri alıb. Qərb ölkələri isə Azərbaycana silah satmamaqla ancaq öz təsir imkanlarını məhdudlaşdırırlar və Rusiyanın güc diplomatisinə rəvac verirlər.

Müəllif qeyd edir ki, 2016-cı ilin avrilində baş vermiş toqquşmalardan dərhal sonra Rusiya Ermənistana silah və nizami teknik təchizatını genişləndirib. Sonuncu dəfə isə 2020-ci ilin culayında baş vermiş toqquşmalarla bir vaxtda Ermənistana silah-mühümmat daşımağa başlayıb.
“Belə görünür ki, Rusiya son döyüş əməliyyatları zamanı açıq şəkildə Ermənistan tərəfə meyl etməklə Azərbaycanın siyasi mövqeyinə necə təsir edəcəyini hesablamayıb. Əməldə Mosko Bakıda belə təsir yarada bilər ki, daha Moskoya ümid bağlamağa dəyməz və Ankara Yerevanla qarşıdurmada onun yeganə bölgəsəl dostudur”, – deyə məqalədə vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button