Dünya

Kanada məhkəməsi “Boeing 737-800” təyyarəsi ilə bağlı hökm çıxarıb

Kanadanın Ontario Əyalətinin Məhkəməsi Ukrayn uçağının vurulması ilə bağlı şikayətə yenidən baxış keçirilməsi üçün uyğun tədbirlər görəcək. Belə ki, məhkəmənin çıxardığı hökmdə
faciə qurbanlarının ailələrinin şikayəti qəbul edilib. Şikayət İranın olayda birbaşa olaraq iştirakını təsdiqləyir və bu ölkənin əməli terrorizm olaraq qiymətləndirilir.
Hökmdə bildirilib ki, şikayətdə adları çəkilən Əli Xamenei və İranın sair dövlət vəzifəliləri özlərini müdafiə məqsədilə bəlli edilmiş vaxtda məhkəməyə gəlmədikləri üçün onlara qarşı sürülmüş bütün ittihamları qəbul etmiş sayılırlar. Həmin şikayət üzrə son hökm isə gələn ilin fərvərdin ayında çıxarılacaq.
Bundan başqa, Kanada Ukrain uçağının vurulduğu günü Uçuş Faciələrinin Milli Anım Günü olaraq təsis edib. Bu barədə Kanadanın baş vəziri Castin Trüdo məlumat verib. Vəzir bildirib ki, janviyə ayının 8-i Uçuş Faciələri Qurbanlarının Milli Anım Günü olaraq adlandırılacaq.
Kanadanın baş vəziri uçaq qurbanlarının ailələrinə bir namə yazaraq qeyd edib ki, dövlət uçuş faciələrində ölənlərə sayğı olaraq, onların yaxınları ilə məsləhətləşərək anım əsəri hazırlayacaq. Namədə Kanadanın faciə qurbanlarının ailələrinə dəstəyi də ifadə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button