İran

Şərqi Azərbaycanda koronavirus təhlükəsi davam edir

Şərqi Azərbaycan ustanının Bulaşıcı Mərizliklər Qrupunun müdiri Simin Xəyyatzadə koronavirusla ilgili durumun gərgin olduğunu diqqətə çatdırıb. Məlumata görə, ustan qırmızı məntəqə hesab edilir. Simin Xəyyatzadə bildirib ki, ustanın bütün şəhərlərində vəziyyət riskli olaraq qalır. 9 şəhərdə isə vəziyyət qismən normallaşdığından həmin ərazilər sarı məntəqəyə aid edilib. Hazırda ustan mərizxanalarında 1000 nəfər müalicə alır.
Sağlıq Vizarətxanasının açıqlamasına görə, gündəlik olaraq mərizxanalara yerləşdirilən məriz sayı hər 100 min nəfər üzrə 3 nəfər təşkil edir. Ancaq koronavirus infeksiyonuna tutulan şəxslərin bir qismi bu barədə tibb müəssisələrinə məlumat vermədiyindən mərizliyin yayılma intensivliyi yüksəlir. Mərizlərin evdə müalicə alması virusdan ölüm hallarının da artmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button