Dünyaİran

Kanada SEPAH komandanı və ETTELAAT nazirinə sanksiya tətbiq edib

Kanada oktyabrın 3-də İranda insan haqlarını pozduqlarına və etirazları yatırtdıqlarına görə 9 qurum və 25 fiziki şəxsə sanksiya tətbiq edib.

Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, yeni sanksiyaların tətbiqi Ottava hökumətinin İranda insan haqları pozuntularına, o cümlədən “əxlaq polisi”nin həbsxanasında Məhsa Əmininin ölümünə cavabıdır.

Silahlı Qüvvələrin Birləşmiş Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri, İnqilab Keşikçiləri Korpusunun Komandanı Hüseyn Salami və İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani də Kanada hökumətinin yeni sanksiyalarına daxil ediliən yüksək rütbəli hərbçilər arasındadırlar.

Bununla yanaşı Kanada hökuməti İranın təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib, əxlaq polisinin başçısı Məhəmməd Rüstəmi Çeməkəci və başqa yüksək rütbəli İran məmurlarına qarşı sanksiyalar tətbiq edib.

Kanadanın baş naziri Castin Trüdo də oktyabrın 3-də öz tvitter səhifəsində sanksiyaların tətbiqini İranı insan hüquqlarının pozulmasına və “insan həyatına açıq-aşkar etinasızlıq”a görə məsuliyyətə cəlb etmək üçün tədbir adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button