Dünya

KANADA SİLAHLARIN XÜSUSİ MALİKİYYƏT HAQQINI QADAĞAN ETDİ

Kanadanın baş vəziri Castin Turudu təxminən 1500 növ cəngi silahın satışı və saxlanılmasına qadağa qoyub.

Kanadanın baş vəziri Castin Turudu təxminən 1500 növ cəngi silahın satışı və saxlanılmasına qadağa qoyub.
Bu təsmim cənab Turudunun keçən novambr ayında seçki şüarlarından biri olub və ötən ayda Nova Skuşiya Ustanında atəş açma olduqdan bir neçə həftə sonra ittixaz olunub
Bildirək ki həmin atəş açmada 22 nəfər ölmüş və Kanadanın tarixində ən qanlı atəş açma ləqəbi verilib. Atəş açmış zarib də Kanada polisi ilə atışmada öldürülmüşdür.
Castin Turudu cümə günü 12 Ordibehişt tarixində deyib ki, “həmin qoyulmuş qadağa yubatmadan və elə bu gündən icraya qoyulacaq. Amma elə bir silahları olanlar polisə könüllü təhvil verməyə 2 il fürsətləri olacaq. Dövlət bu barədə bir layihə təhiyyə etməkdədir və onu məclis təsvib edərsə, dövlət qadağan olunmuş silahlları onların maliklərindən satın ala biləcək.”
Kanadada, cənubu qonşusu olan Amerikaya baxmayaraq, öz Qanun Əsasisində əsləhə malikiyyəti üzrə sərih bir maddəsi yoxdur. Amma bu ölkədə, xüsusən polis pasqahı ilə neçə kilometr fasiləsi olan ucqar yerlərdə, silaha malik olmağın çoxlu tərəfdarları vardır.
Cənab Turudu öz danışıqlarında bu yeni qanunun vəz olunması üzrə təşrih edib ki, onun nəzərində Kanadada əsləhə maliklərinin çoxu qanuna tabedirlər, amma cəngi silahlara xüsusi malikiyyət haqqı heç bir ümumi mənfəəti yoxdur və malik olmasına da qane edici dəlil yoxdur.
Turudu, “bu növ silahlar ancaq 1 hədəfə görə düzəldilib o da budur ki, ən az zaman kəsiyində daha çox insanları qıra bilsinlər… elə buna görə də kimsə bir maralı ovlamağa AR-15 cəngi silaha ehtiyacı yoxudur”, – deyə sözlərinə əlavə edib.
Bildirək ki, AR-15 yarım-otomatik silahlardan biri olaraq Amerikanın istehsalıdır və Qərbin Klaşnikofu ləqəbi ilə tanınır və son illərdə bu əsləhə ilə Kanadada və Amerikada adi insanların öldürlməsində daha çox istifadə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button