Dünya

Kanada “Titan”la bağlı araşdırmaya başlayıb

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası “Titan” sualtı qayığında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb.

Bu barədə Şura məlumat yayıb.

Qeyd olunub ki, məlumat toplamaq və hadisəni qiymətləndirmək üçün Sent Cons, Nyufaundlend və Labrador ştatlarına müstəntiqlər qrupu göndəriləcək.

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.

“Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olublar.

Onlar artıq ölmüş hesab edilirlər. (report)

Related Articles

Bir cavab yazın

Back to top button