
“Jurnalistlər, media işçiləri siyasi müdaxilə və hədə-qorxu olmadan öz işlərini sərbəst şəkildə görməlidirlər”,-deyə, Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Bundan öncə İran hökumətinin xaricdə fəaliyyət göstərən müstəqil və müxalif media orqanlarının əməkdaşlarına qarşı terror planı barədə məlumatlar yayılıb.
Noyabrın 11-də Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini bu ölkədə yaşayan farsdilli mediada çalışan jurnalistlərə qarşı təhdidlərə cavab olaraq çağırıb.