İran

Kanalizasiya sularının içməli su ilə birləşməsi Gilan vətəndaşlarının zəhərlənməsinə səbəb olub

İyulun əvvəlində, prezident seçkilərinin birinci turu keçirildiyi bir vaxtda mediada Gilan vilayətinin Rəzvanşəhr şəhərindən 400-dən çox insanın zəhərlənməsi xəbəri yayılıb.

Bəzi mənbələr və sakinlər bu şəxslərin Rəzvanşəhrdə zəhərlənmələrinin xəbərin dərcindən iki həftə əvvəl başladığını, lakin nədənsə xəbərin dərc olunmadığını iddia edirlər.

Bu barədə “Etimad” qəzeti yazıb: “Yerli mənbələrdən daxil olan xəbərlərdə bildirilir ki, bu zəhərlənməyə səbəb kanalizasiya sularının içməli suya qarışması olub, lakin hələlik nəinki bu hadisənin əsas səbəbi açıqlanmayıb, hətta bəzi müvafiq məmurlar bunun səbəbini gizlətməyə çalışırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button