İran

Kayli Mur Gilbertlə dəyişdirilən 3 iranlının kimliyi açıqlanıb

Kayli Mur Gilbertlə dəyişdirilən 3 iranlı zindani 2012-ci ildə israilli bir diplomata qarşı terror aktı həyata keçirmək üçün Bankokda bomb yerləşdirmə tərhinin icraçıları olublar. Bunu Taylandın dövlət rəsmiləri təyid ediblər.

İran medialarında həmin şəxslər “tacir” və “vətəndaş” kimi qeyd edilib. 3 iranlının kimliyi isə artıq məlumdur. Onlar Səid Muradi, Məhəmməd Xəzai və Məsud Sədaqət:zadədir. Məlumata görə, həmin şəxslər bir israilli diplomatın maşınını partlatmağa çaba etdiklərindən Tayland məhkəməsi faktla bağlı cinayət işi açıb.
Səid Muradi tutuqlanarkən polisdən qaçmaq istədikdə atılan partlayıcı maddədən iki ayağını itirib. Bu olayın videosu 2012-ci ildə sosial şəbəkələrdə geniş paylaşılıb.
Qeyd edək ki, Kayli Mur Gilbert Avstraliya-Britaniya ortaq Danişqahının ustadı və islam üzrə təhqiqatçısıdır. O, tutuqlanmasından öncə Milborn Danişqahının Asiya danişkədəsində islam üzrə araşdırmalar ustadı olaraq fəaliyyət göstərib. Mur Gilbert Orta Şərqdə inqilab və praqmatizm, habelə şiə islamı, Bəhreyn və etiraz hərəkətləri üzrə məqalələr yazıb.
O, 1397-ci ilin yayında İranın Əlzəhra Danişqahı və Qum şəhəri Dinlər və Məzhəblər Danişqahının dəvətləri ilə Şiəşünaslıq üzrə Yeddinci Yığıncaqda şirkət etmək üçün İrana səfər edib. Yığıncaq bitdikdən sonra ölkəsinə qayıdarkən Tehranın İmam Xumeyni adına Hava Limanında İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıb. Bundan sonra o, mühakimə olunaraq 10 il həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button