İran

Sima Sadat Lari irandakı vəziyyətlə bağlı məlumat verdi

İranda ötən 24 saat ərzində 125 nəfər koronavirusdan ölüb.
Bunu İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 797 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 858 nəfər koronavirusa tutulub. Beləliklə, İranda bu virusa tutulanların ümumi sayı 378 752 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 693 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
O artırıb ki, İranda indiyədək 326 801 nəfər koronavirusdan sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button