Azərbaycanİran

Keçmiş siyasi məhbuslar Abbas Lisani ilə görüşüblər

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan fəalların Abbas Lisani ilə görüşləri davam edir.

Görüşlərin davamında keçmiş siyasi məhbsular və milli fəallar, Zəngandan Səid Mətinpur, Əhərdən Əkbər Əbülzadə, Təbrizdən Ruzbeh Piri, Ərdəbildən Tohid Əmirəmini və başqaları Abbas Lisaninin Ərdəbildəki evində olublar.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətindən olan fəallar, Qərbi Azərbaycan əyalətinin müqavimət simvolu olan “Kazımxan Daşı” təsviri olan tablonu Lisaniyə hədiyyə ediblər.

Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button