Azərbaycanİran

Keçmiş siyasi məhbus Əkbər Lakstani işgəncələrin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib

“Mən, Əkbər Lakstani, 2019-cu ildə İranda həbs olunmuşam. Həbs zamanı mənə mənəvi və fiziki işgəncələr verilib, həmçinin bir müddət dərmanlarım kəsilib və nəticədə səhhətimdə ciddi problemlər yaranıb. O cümlədən işgəncə nəticəsində ayağımda infeksiya yaranıb, lakin müalicə almaqda mənə imtina edilib. İnfeksiya irəliləsə, vəziyyət daha da pisləşəcək və ayaq biləyi nahiyəsindən ayağın kəsilməsinə gətirib çıxaracaq.

Hal-hazırda xəstəxanada müalicə alıram, keçən hər gün ayağımın infeksiyasının irəliləməsi və ayağımın topuqdan kəsilməsi ehtimalı artır.

Bu səhlənkarlığa görə İranın kriminal rejimi cavabdehdir! Niyə belə bir vəziyyətdə dərhal mənə müalicə olunmağa imkan vermədilər? Niyə bu gecikməyə görə ayağımı itirməliyəm?”, – deyə Əkbər Lakstani yazdığı məktubda bildirib.

#EkberLakstani

Related Articles

Bir cavab yazın

Back to top button