İran

Tehran kitab sərgisində türkcə kitablara məhdudiyyət qoyulub

Tehranda keçirilən 34-cü kitab sərgisində Azərbaycan dilində olan kitabların nümayişinə məhdudiyyət qoyulub. Bu barədə güneyli mədəni fəallar və naşirlər özlərinin sosial media hesablarında paylaşım ediblər.

Onlar bildiriblər ki, Azərbaycan dilində kitabların sərgidə iştirakı ilə bağlı əlaqədar qurum və şəxslərə müraciət etsələr də, məhdudiyyət aradan qaldırılmayıb:

“Məsullar Azərbaycan dilində olan kitablara tələbatın və marağın az olmasını bəhanə edərək bu addımı atdıqlarını bildirirlər”.

Qeyd edək ki, mayın 11-dən 20-nə kimi davam edəcək 34-cü kitab sərgisində 2700 daxili və 100 xarici naşir iştirak edir.

Related Articles

Bir cavab yazın

Back to top button