Dünyaİran

Kennet Makkenzi: “Amerika İranla müharibə etmək istəmir”

“Bayden rəhbərliyi Tramp dəftərinin İrana qarşı maksimum basqı siyasətini qiymətləndirir. Amerika İranla savaşmaq istəmir”. Bu fikirləri Amerika Ordusunun Mərkəzi Fərmandehliyi Sitadının fərmandehi Lübnanın LBC şəbəkəsi ilə müsahibəsində səsləndirib. Kennet Makkenzi İranın Qasım Süleymaninin öldürülməsi ilə bağlı intiqam almaqda israrlı olmasına diqqət çəkib. O, Amerika silahlı qüvvələrinin hər hansı hücum ehtimalına qarşı gərəkən hazırlığı olduğunu bildirib. Lazım olarsa, cavab verəcəklərini vurğulayıb. “Husilərin Səudiyyə Ərəbistanı və Amerikanın İraqdakı qüvvələrinə həmlələrində böyük ehtimalla İrana bağlı qüvvələr iştirak edib. Bu kimi addımlar durumun normallaşmasına mane olur”,-deyə qurum rəsmisi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button