Dünya

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının zirehli texnikası və piyada və mühəndis bölmələri iştirak edir.

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar, HƏMAS və terrorçu hədəflərə qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button