Dünya

Kiyevə PUA hücumu: ölən və yaralananlar var

Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, “Şahedlər”in ikinci dalğası gözlənilir.

“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

“Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir”, – o qeyd edib.

Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.

“Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq”, – mer vurğulayıb.

Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button