Dünya

Kiyev raket və dronların hücumuna məruz qalıb, dağıntılar var

Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 16-na gecə saatlarından başlayaraq rus qoşunları tərəfindən kamikadze dronları və raketlərin növbəti hücumuna məruz qalıb.

AZƏRTAC-ın yaydığı məlumata görə, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, bu, mayın əvvəlindən bəri Rusiyanın Kiyevə səkkizinci hava hücumudur.

“Düşmən bu dəfə PUA-lardan, qanadlı raketlərdən və yəqin ki, ballistik raketlərdən istifadə etməklə eyni vaxtda müxtəlif istiqamətlərdə kompleks hücum həyata keçirib.

Bu, öz sıxlığına görə ən qısa müddətdə hücuma keçən raketlərin maksimum sayına görə müstəsna hücum idi”, – deyə S.Popko bildirib.

İlkin məlumatlara görə, zərərsizləşdirilən kamikadze dronları və raketlərin qalıqları paytaxtın Solomen, Şevçenko, Svyatoşin, Obolon və Darnitski rayonlarında dağıntılar yaradıb.

“Ən böyük ziyan Solomen rayonunda olub – qeyri-yaşayış binasında və bir neçə avtomobil texnikasında yanğın baş verib. Yanğın aradan qaldırılıb. Digər ərazilərdə dəymiş ziyan o qədər də böyük deyil – əksər hallarda dağıntılar aşkar edilib”, – deyə o, sözlərinə əlavə edib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button