AzərbaycanDünya

Kolumbiya mətbuatında erməni təcavüzündən bəhs edən məqalə dərc olunub

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu siyasi xəbər ajanslarından olan “El Expediente” saytında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Azərbaycan möcüzəsi” başlıqlı yazı dərc olunub. Yazıda Azərbaycanın illər boyu təcavüzə məruz qaldığı, Dağlıq Qarabağ və 7 ətraf şəhristan olmaqla ərazisinin toplam yüzdə 20-nin Ermənistan tərəfindən işğal edildiyi, 1 milyona yaxın azərbaycanlının öz yurdlarından qovularaq məcburi köçkünə çevrildiyi vurğulanıb. Bu təcavüz ərzində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevriyə tarixində Xocalı şəhərində soyqırım törədildiyi, bu zaman 63-ü uşaq və 106-ı qadın olmaqla 613 nəfər qeyr-nizami azərbaycanlının amansızcasına qətlə yetirildiyi bildirilir. Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 il ərzində yüksək siyasi, iqtisadi və mədəni-insani gəlişmə yolu keçib, bütün dünya üçün çoxmədəniyyətlilik modelinə çevrilib. Son savaş zamanı Azərbaycanın nəhayət erməni təcavüzünə son qoymağa və öz tarixi ərazilərini azad etməyə nail olduğu diqqətə çatdırılıb. Ancaq bu savaş zamanı da Ermənistanın qeyri-nizami insanları hədəf aldığı, Gəncə, Bərdə və münaqişə bölgəsindən kənarda yerləşən başqa Azərbaycan şəhərlərinə qadağan olunmuş döyüş başlıqlarından istifadə etməklə ballistik raket zərbələri endirdiyi və bu hücumların Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi söylənir. Məqalədə münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Əmiyət Şurasının qətnamələrinə 30 ildir əməl etməyən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məqsədli şəkildə tamamilə məhv etdiyi qeyd edilib. Yaşam çevrəsinə çoxlu ziyan vurduğu, azad edilmiş şəhərlərin Hiroşima ilə müqayisə edildiyi və 30 il ayrılıqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın hazırda bu ərazilərdə yenidənqurma işləri apardığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button