Dünyaİran

Ned Prays Amerikanın İranın nüvə proqramı ilə bağlı mövqeyini açıqlayıb

“Amerikanın İranın atom proqramı ilə bağlı danışıqlarda səbrinin həddi var. Ancaq Vaşinqton məsələnin diplomatik həllinə ümid bəsləyir”. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Dövlət Dəftərinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. “Səbrimiz hədsiz deyil, ancaq İranın atom silahına sahib olmamasına əmin olmağın ən təsirli yolunun diplomatiya olduğuna inanırıq. Hazırda etdiyimiz şey budur”, -deyə o, diqqətə çatdırıb. Praysın sözlərinə görə, Amerika hələ də Avropa Birliyinin dəvəti ilə İran, Birləşmiş Millətlər Təşkilatı Əmniyət Şurasının beş daimi üzvü və Alman ilə danışıqlarda iştirak etməyə hazırdır. Amerika rəsmisi qeyd edib ki, Tehranla mümkün razılaşmaların bütün detalları yalnız danışıqlar zamanı müzakirə olunmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button