Dünya

KONQREDƏ POLİSLƏ BAĞLI LAYİHƏ İRƏLİ SÜRÜLÜB

Demokratlar polisin quruluşuna düzəliş layihəsini Konqrədə irəli sürüblər.
Amerika Konqresinin Nümayəndələr Məclisinin Demokrat üzvləri Corc Floydun ölməsi səbəbi ilə polis qüvvələrində və quruluşunda geniş düzəliş edilməsi üçün yeni bir layihəni Konqrəyə təqdim ediblər. Nümayəndələr Məclisinin Demokrat olan rəyisi Nansi Plosi deyib ki, Corc Floydun “şəhid olması” və digər qaradərilərin son bir neçə ildə polis xüşunətinə tuş gələrək ölməsi köklü dəyişiklikləri zəruri edib. Demokratların irəli sürdüyü bu layihə, polis məmurları ilə bağlı şikayətlərə baxılmasını daha asan edir. Bu layihə həmçinin polis qüvvələrində nijadpərəstliklə mübarizəni diqqətə alıb.
Nansi Plosi, Demokratların “Polis Məmuriyyətində Ədalət 2020” Layihəsini açıqlayarkən son illərdə polis tərəfindən tutularkən ölən kişi və qadınların adını çəkib.
Həmçinin Corc Floydun qadaşının Konqrədə nümayəndələrin suallarına cavab verməsi qərara alınıb. Layihədə məmurların geyimlərində və polis maşınlarının Daşbordu üzərində dürbinlərin icbari quraşdırılması, tutulanların boğazının sıxılması kimi qadağaların tətbiqiqi nəzərdə tutulub. Polisin ixtar vermədən hücum etməsinə də izacə verilməyəcək

Related Articles

Bir cavab yazın

Back to top button