İran

Körfəzin ərəb ölkələri liderlərinin iclasına Tehranın reaksiyası: Raketlərlə bağlı müdaxilələri qəbul etmirik

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranın bölgədəki müzakirə proseslərinin dayandırılması ilə ittiham olunduğu Körfəzin cənubundakı ərəb ölkələri liderlərinin toplantısından bir gün sonra, dekabrın 15-də iddia edib ki, İran Körfəz hövzəsi ölkələrini Tehrana qarşı təkrar və əsassız iddialar səsləndirməkdən çəkinməyə çağırır.

Xatırladaq ki, Körfəzin ərəb ölkələri liderlərinin iclası dekabrın 14-də Səudiyyə Ərəbistanında təşkil edilib. İclas zamanı liderlər İranı bölgəsəl gərginliyin azaldılması üçün konkret addımlar atmağa çağırıblar.

İclasda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman “İranın nüvə və raket proqramlarına ciddi şəkildə baxılmalıdır” deyib.

Xətibzadə isə sülhməqsədli olduğunu iddia etdiyi atom və raket proqramlarına İranın heç bir müdaxiləni qəbul etmədiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button